1. Ümumi
1.1. Oyun olduğu kimi təqdim edilir, daha doğrusu İstifadəçiyə zəmanət verilmir ki:
- oyun məhz onun tələblərinə uyğun olacaq;
- xidmətlər fasiləsiz, sürətli, etibarlı və səhvlərsiz veriləcək;
- oyundan istifadə zamanı alınmış nəticələr dəqiq və etibarlı olacaq;
- oyundan istifadə zamanı alınmış hər hansı məhsulun, xidmətin, informasiyanın və başqa məzmunun keyfiyyəti onun gözlədiklərinə uyğun olacaq;
- oyunun proqram təminatında olan bütün səhvlər düzəldiləcək.
1.2 Oyun daimi əlavələr və yeni funksional imkanların yaradılması mərhələsində olduğu üçün göstərilən xidmətlərin forma və xarakteri vaxtaşırı sizin bu barədə xəbərdarlığınız olmadan dəyişə bilər. Administrasiya şəxsi qərarı ilə xidmətin göstərilməsini (və ya xidmətlər çərçivəsində hər hansı ayrı funksiyaları) istifadəçilərə ilkin xəbərdarlıq etmədən (müvəqqəti və ya birdəfəlik) dayandırmaq hüququna malikdir.
1.3. Administrasiya səbəblərini izah etmədən, oyundan istənilən məzmunu (xidməti) silmək və ya onlara girişi məhdudlaşdırmaq hüququna malikdir.
1.4. WAP/GPRS – trafik dəyəri, istifadəçinin abunəçisi olduğu müvafiq Mobil operator ilə təyin edilir.
1.5. Saytın Administrasiyası keyfiyyət və mobil əlaqənin sürəti üçün məsuliyyət daşımır. Əlaqə zamanı qeyri-sabitliklərə, əlaqənin sürətinə, həmçinin rabitə xidmətlərinin göstərilməsinə və ya hər hansı texniki suallara görə müvafiq Operatora müraciət etmək lazımdır.
1.6. "Ustalar" oyununun qanunları icraya məcburidir və bu qanunları bilməmək məsuliyyətdən azad etmir.
1.7. İstifadəçi öz personajının bütün hərəkətləri və fəaliyyəti üçün məsuliyyəti qanunun pozulma vaxtı personajı kimin idarə etməsindən asılı olmayaraq şəxsən özü daşıyır.
2. Məsuliyyət
2.1. Saytda yerləşdirilmiş, istənilən sayta, məhsula, xidmətə, kommersiya və qeyri-kommersiya xarakterli istənilən məlumata olan istinad Rəhbərlik tərəfindən bu məhsulların (xidmətlərin) bəyənilməsi və ya məsləhət görülməsi demək deyil. Bu halda Administrasiya bu resursların mövcudluğu, onların məzmunu, həmçinin bu resurslardan və onların məzmunundan və ya reklamdan istifadə zamanı istənilən nəticələr üçün heç bir məsuliyyət daşımır
2.2. Saytda istifadəçilər tərəfindən dərc edilmiş informasiyanın və ya başqa materialların keyfiyyəti üçün və onların hamı tərəfindən qəbul edilmiş standartlara və ya istifadəçinin gözlədiklərinə uyğunsuzluğuna görə Administrasiya məsuliyyət daşımır.
2.3. İstənilən birbaşa və ya dolayı zərərə və ya itmiş mənfəətə görə, hətta əgər bu Saytdan istifadənin və ya istifadənin qeyri-mümkünlüyünün nəticəsi olsa belə Administrasiya məsuliyyət daşımır.
2.4. Saytın fəaliyyət sürətinə, keyfiyyətinə, güvənliyinə və ya fəaliyyət zamanı yaranmış müvəqqəti qəzalara və fasilələrə və o səbəbdən yaranmış məlumat itkisinə görə Administrasiya məsuliyyət daşımır.
2.5. İstifadəçi tərəfindən hazırkı qaydaların pozulmasına görə, həmçinin yuxarıda göstərilmiş hallar zamanı dəymiş ziyan və ya zərərlərə görə Administrasiya məsuliyyət daşımır.
3. Hüquqlar
3.1. Administrasiya İstifadəçi hesabına 1 ay ərzində daxil olmadıqda onu silmək hüququna malikdir.
3.2. Administrasiya İstifadəçi tərəfindən dərc edilən hazırkı qadağaları pozan istənilən informasiyanı xüsusi xəbərdarlıqsız dəyişdirmək və ya silmək hüququna malikdir.
3.3. Administrasiya İstifadəçi tərəfindən dərc edilən istənilən informasiyanı əgər bu informasiyanı Sayt üçün arzuolunmaz hesab edərsə xüsusi xəbərdarlıqsız dəyişdirmək və ya silmək hüququna malikdir.
3.4. Administrasiya Saytdan istifadə qaydalarının və ya Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması zamanı İstifadəçinin hesabını silmək və ya Saytın istənilən xidmətinə buraxılışını dayandırmaq hüququna malikdir.
3.5. Administrasiya İstifadəçinin Sayt və (və ya) onun digər istifadəçiləri üçün təhlükəli olduğunu düşünərsə və ya aşkar edərsə onun hesabını silmək və ya Saytın istənilən xidmətinə buraxılışını dayandırmaq hüququna malikdir.
3.6. Administrasiya hazırkı Qaydalara uyğun həyata keçirilən müvəqqəti bloklaşdırmaya və ya məlumatın silinməsinə, və ya İstifadəçinin şəxsi hesabının silinməsinə görə, həmçinin bu cür hərəkətlə İstifadəçiyə dəymiş istənilən növ ziyana görə məsuliyyət daşımır.
4. Qadağandır
4.1. Oyunda üstünlük əldə etmək və (və ya) digər oyun personajlarının və ya üçüncü şəxslərin oyun personajlarının göstəricilərinin artırılması məqsədilə 1-dən artıq hesab yaratmaq qadağandır.
4.2. Oyun personajının sürətli irəliləməsi üçün xüsusi avtomatik vasitələrdən, proqram təminatından istifadə etmək qadağandır.
4.3. Oyun personajının və ya birlik adında qeyri-normativ leksikadan, təhqirlərdən istifadə etmək, həmçinin başqa internet-resurslara istinad edən, millətlərarası düşmənçiliyi qızışdıran, siyasətə toxunan, bir və ya bir qrup istifadəçinin dinini təhqir edən adları qeyd etmək qadağandır.
4.4. Saytın istifadəçilərini qəsdlə çaşdırmaq üçün (Admin, Moderator, və s.) tipli niklərin qeydiyyatı, həmçinin başqa istifadəçilərin niklərinin klonlaşdırılması qadağandır.
4.5. Oyunun Administrasiyasının, Moderatorların, başqa İstifadəçilərin və Oyundan kənar üçüncü şəxslərin şərəfini alçaltmaq və ləkələmək qadağandır.
4.6. Oyunda üstünlük əldə etmək və ya oyun valyutasını əldə etmək üçün saytda mövcud olan səhvlərdən və nasazlıqlardan istifadə etmək, həmçinin bu səhvlər barədə üçüncü şəxslərə məlumat vermək qadağandır.
4.7. İstənilən üsul, həmçinin yalançılıq, etibardan sui-istifadə, sındırma yolu ilə başqa istifadəçinin hesabına giriş əldə etməyə çalışmaq qadağandır.
4.8. Ədəbsiz sözlərdən istifadə, başqa istifadəçiləri açıq və ya gizli şəkildə təhqir etmək, millətlərarası və dinlərarası düşmənçiliyi qızışdıran ifadələr qadağandır.
4.9. Saytın və onun xidmətlərinin və ya İstifadəçilərin şəxsi səhifələrinin normal fəaliyyətinin pozulmasına yönəldilmiş hərəkətlər qadağandır.
4.10. Öz personajını başqa İstifadəçilərə havayı, oyun valyutası və ya real pul qarşılığında vermək qadağandır.
4.11. Birlikləri oyun valyutası və ya real pul ilə satmaq qadağandır.
4.12. Oyun valyutasını real pul ilə satmaq qadağandır.
4.13. İstənilən ticarət reklamını, ticarət təkliflərini, təşviqat materiallarını yerləşdirmək, spam, zəncirvari (bir və ya bir neçə istifadəçiyə göndərilməsini tələb edən) mesajlar yaymaq, istənilən başqa zəhlə tökən informasiyanı yerləşdirmək qadağandır.